-
- 2-05-2020, 21:20
- 654
Vətəndaşların Prezidentə müraciəti nəzarətə GÖTÜRÜLDÜ
Biləsuvarda torpaqları əllərindən alınan ailələrin bu günlərdə Prezident İlham Əliyevə ünvanlandığı müraciət nəzarətə götürülüb.
News24.az xəbər verir ki, müraciətdə 12 ailənin əkin-biçinlə məşğul olduğu 50 hektar torpaq sahəsinin keçmiş icra başçısı tərəfindən zəbt edildiyi bildirilib. Həmin ailələrin üzvləri Prezidentdən torpaqlarının geri qaytarılmasına kömək göstərilməsini xahiş ediblər.
Müraciət ünvanlandıqdan sonra Prezidentin köməkçisi Anar Ələkbərov onlarla əlaqə saxlayıb, məsələnin araşdırılacağını bildirib.
Beş ildir torpağını əkib-becərə bilmədiyini söyləyən Biləsuvarın Çaylı kəndinin sakini Vaqif Abışov deyib ki, 50 hektar torpaq sahəsini 25 illik müqavilə əsasında 1998-ci ildə alıb. Həmin ildən də 12 ailə burada əkin-biçinlə məşğul olub. Lakin 2012-ci ildən torpaq üstündə mübahisələr baş qaldırıb. Bir müddət ona təzyiqlər də göstərilib. Beləliklə, uzun çəkişmələrdən sonra torpaq qanunsuz olaraq başqa şəxslərin adlarına sənədləşdirilib. Bu barədə dəfələrlə yerli icra orqanlarına müraciət etdiyini deyən kənd sakini hər hansı müsbət cavab ala bilmədiyini vurğulayıb. Hazırda həmin torpaq sahəsində taxıl əkilib.