Sabah Ramazan ayının 6-cı günü: imsak və iftar vaxtı
    • 29-04-2020, 21:00
    • 781

Sabah Ramazan ayının 6-cı günü: imsak və iftar vaxtı

Sabah Ramazan ayının 6-cı günüdür. 

News24.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 30-da Bakıda imsak vaxtı  04:02, iftar isə  saat 19:50-dır. 

6-cı günün duası: 

Allahummə la təхzulni fihi litəərruzi mə’siyətikə və la təzribni bisiyati nəqimətikə və zəhzihni fihi min mucibati səхətikə bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!

Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətə хatir, ey istəyənlərin istəklərinin sonu!