Daha  200 min şəxsə birdəfəlik ödəmə veriləcək - NAZİRLİK
    • 29-04-2020, 16:13
    • 772

Daha 200 min şəxsə birdəfəlik ödəmə veriləcək - NAZİRLİK

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı prosesi davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bu günədək artıq 400 min şəxs üçün birdəfəlik ödəniş vəsaiti köçürülüb və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.