ETSN ağacların dibini betonlayan şirkəti CƏZALANDIRDI
    • 29-04-2020, 17:52
    • 530

ETSN ağacların dibini betonlayan şirkəti CƏZALANDIRDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın News24.az-a verdiyi məlumata görə, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "Sabah Residens” MTK tərəfindən 16 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib. 

“Faktla bağlı akt tərtib olunub və "Sabah Residens” MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib. 

Nazirliyin sözçüsü bildirib ki, ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya Nazirliyin əməkdaşları tərəfindən göstəriş verilib və ağacların dibi
şirkətin işçiləri tərəfindən betondan təmizlənib”.