-
- 30-04-2020, 16:50
- 1 011
Təhsil Nazirliyi 210 ailəyə ərzaq yardımı etdi
Təhsil Nazirliyi tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə, həmçinin tək yaşayan yaşlı insanlara yardım aksiyası davam etdirilir.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, bu günədək Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyası, Bakı şəhəri Nəsimi və Nizami rayonlarında, eləcə də digər ərazilərdə yaşayan köməyə ehtiyacı olan aztəminatlı və tək yaşayan ahıl şəxslər olmaqla ümumilikdə 210 ailəyə ərzaq yardımı edilib.
Qeyd edək ki, yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir.
Yardım aksiyası növbəti həftələrdə də davam etdiriləcək.