Bilasuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri SEÇİLDİ
    • 30-04-2020, 19:19
    • 1 422

Bilasuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri SEÇİLDİ

Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

News24.az xəbər verir ki, hakim Anar Tanrıverdiyev Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, M.Quliyev Prezidentinin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.