-
- 24-09-2018, 16:40
- 2 223
Adları kriminalda hallanan qadın müğənnilərimiz
Şöhrətə nail olmaq asandır, onu qorumaq çətin. Zirvəyə çatdıqdan sonra adı kriminal hadisələrdə çəkilərək karyerasına kölgə düşən xanım müğənnilərin siyahısın təqdim edirik:
News24.az xəbər verir ki, mərhum xalq artisti İlhame Quliyevanın, Şəbnəm Tovuzlunun, əməkdar artistlər Manana Caparidze, Mətanət İsgəndərlinin də adları kriminal şəxslərlə bir yerdə çəkilib.
2016-cı ildə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın adı Hacı Məmmədovla, daha sonra isə MTN hadisələrində hallanıb. Mərhum xalq artisti Hacı Məmmədovla dostluğunu təkzib etmirdi, ancaq “qara işlərindən” xəbərsiz olduğunu deyirdi.
Bir vaxtlar Milli Təhlükəsizlik Nazirliyi ilə adı hallanan Şəbnəm Tovuzlunun da Akif Çovdarovun qurbanlarından biri olduğu da deyilirdi. İddiaya görə, ifaçı qadın alverində ittiham olunurdu. Lakin bu xəbər təsdiqini hələ də tapmayıb.
Qalmaqallı azərbaycanlı müğənni Maral Tahirqızı cəzasının üçdə ikisini çəkdikdən sonra 2017-ci ildə azadlığa buraxılıb. Müğənni, 2015- ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-cü maddəsinə əsasən (əxlaqsızlıq yuvaları saxlama)üç il azadlıqdan məhrum edilmişdi.
Kriminal hadisələrdə adı çəkilən başqa bir müğənni isə Manana Caparidzedir. Belə ki, 2006-cı ildə onun da Hacı Məmmədovla “Qarabulaq” istirahət mərkəzində çəkdirdiyi şəkillər yayılmışdı. İddiaya görə, H.Məmmədov müğənniyə “Mersedes” markalı avtomobil hədiyyə edib.
Bundan öncə də ABU-nun sabiq rektoru Elşad Abdullayev, qardaşı Mahir Abdullayevin oğurlanmasında dəfələrlə müğənni Mətanət İsgəndərlinin adını çəkib. Lakin müğənni bu xəbərləri soyuq qarşılayaraq, jurnalistlərin suallarından yan qaçıb. Sonda gözlənildiyi kimi əməkdar artisti məhkəməyə çıxarılmadı.
Müğənni Fədayə Laçın 2017-ci il oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan “qoca” ləqəbli Etibar Məmmədova kömək etməkdə şübhəli şəxs olduğu üçün saxlanılmışdı. Müğənni, həmin iş üzrə təqsirləndirilən şəxs qisminə cəlb edilməklə, barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.