-
- 13-12-2018, 12:18
- 1 016
İlhamənin oğlundan azadlığa buraxılandan sonra ilk açıqlama
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılandan sonra ilk dəfə mətbuata danışıb.
O.Nadirov "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bunları deyib:
"Hələ mətbuata danışmaq istəmirəm. Amma bir neçə gün sonra məhz sizin saytınıza geniş müsahibə verib, indiyə qədər baş verənləri detallarına qədər açıqlayacağam. Bu müddət ərzində mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Xüsusi təşəkkürüm isə Binəqədi Rayon Məhkəməsinin hakimi Mirheydər Zeynalovadır. Onun işə obyektiv baxmasının nəticəsində hazırda azadlıqdayam".
Qeyd edək ki, O.Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurdu. Onun barəsində şərti cəza və min manat cərimə qərarı çıxarılıb.