Tramp evdə qalmaqdan bezdi - İQAMƏTGAHINDAN ÇIXIR

Tramp evdə qalmaqdan bezdi - İQAMƏTGAHINDAN ÇIXIR Dünya
ABŞ prezidenti Donald Tramp mart ayının sonundan bəri ilk dəfə Ağ Evi tərk edəcək.

News24.az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb. Bildirilib ki, prezident Kemp-Deviddəki iqamətgahına yollanacaq. 

Qeyd edək ki, ABŞ prezidenti sonuncu dəfə martın 28-də, hərbi-tibbi gəmini yola salmaq üçün Virciniyaya qısa səfər edib. O vaxtdan etibarən Tramp Vaşinqtondakı iqamətgahında olub.