Kamran Əliyev Baş Prokurorluq qarşısında duran VƏZİFƏLƏRİ AÇIQLADI
    • 1-05-2020, 12:37
    • 906

Kamran Əliyev Baş Prokurorluq qarşısında duran VƏZİFƏLƏRİ AÇIQLADI

“Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və hazırda davam etdirilən islahatlar bu yeni dövrdə Azərbaycan prokurorluğu qarşısında yeni və olduqca mühüm vəzifələr qoyur”.

Bunu Milli Məclis tərəfindən ölkənin Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilmiş Kamran Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

K.Əliyev bildirib ki, bu konteksdə prokurorluq qarşısında duran ümdə vəzifələr aşağıdakılardır:

-Dövlətin təhlükəsizliyinə qəsd edilən cinayətlərə qarşı mübarizənin kəsərinin artırılması, dövlətçiliyin daxili və xarici təhlükələrdən müdafiə edilməsi;

-Cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq və mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səylərin gücləndiriliməsi;

-Vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsində prokurorluğun iştirakının genişləndirilməsi;
Həm dövlət,həm də özəl sektorda korrupsiyanın bütün təzahür formalarını, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi;

-Hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar konteksində vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarklığın hüquqi vasitələrlə dəstəklənməsi;

-Ölkə iqtisadiyyatının kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə yaxından iştirak etmək;
-Məhkəmələrdə dövlət və onun müdafiə edilməsi işinin keyfiyyətcə yeni mərhələyə qaldırılması, balanslaşdırımış cəza siyasətinə riayət edilməklə cəzanın məqsədləriə nail olunmasında əsaslı dönüş əldə edilməsi;

-Beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübəni cari fəaliyyətimizdə tətbiqidir. /Report/