Bakıda keçmiş məhkum avtobusla qadını VURUB ÖLDÜRDÜ
    • 2-05-2020, 14:39
    • 730

Bakıda keçmiş məhkum avtobusla qadını VURUB ÖLDÜRDÜ

Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, mayın 1-də saat 18 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla Yardımlı rayon sakini Səbirə Bağışovanı vurub və nəticədə qadın hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.