İspaniya hökuməti vətəndaşlarına İCAZƏ VERDİ
    • 3-05-2020, 00:10
    • 753

İspaniya hökuməti vətəndaşlarına İCAZƏ VERDİ

İspaniya hökuməti qaçış və idmanla məşğul olmaq üçün sakinlərin evdən çıxmalarına icazə verib.

News24.az xəbər verir ki, qadağanın götürülməsindən sonra insanlar kütləvi şəkildə küçələrə axışıblar. Qadağa 1,5 ay qüvvədə olub.

Qeyd edək ki, hazırda İspaniya koronavirusa yoluxma sayında (245 567) ikinci, ölüm sayında (25 100) dördüncü yerdə gedir.