Azərbaycan Qran-prisi üçün ən ideal variant AÇIQLANDI
    • 3-05-2020, 13:10
    • 1 103

Azərbaycan Qran-prisi üçün ən ideal variant AÇIQLANDI

"Biz Azərbaycan hökuməti, "Formula 1" şirkəti və səhmdarlarla sıx təmasdayıq. Yarışımızın ilin sonlarında baş tutmasını istəyirik. Amma aydın məsələdir ki, istəyimiz koronavirus pandemiyası ilə bağlı vəziyyət aydınlaşmayanadək gerçəkləşməyəcək".

News24.az "Report"-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "MotorsportWeek.com"a müsahibəsində deyib. Azərbaycan Qran-prisinin promouteri bildirib ki, Bakı mərhələsinin oktyabrın ortalarından sonraya təxirə salınmaması ilə bağlı "Formula 1" rəhbərliyi ilə razılıq əldə olunub. 

O, azarkeşlərin qayğısına qalaraq, onların təcrübələrini dəyərləndirdiklərini vurğulayıb: "Bu səbəbdən, istəyirik ki, tamaşaçılar Bakıdakı yarış həftəsonunun gözəl ab-havasından zövq ala bilsinlər".