İranın rəsmi valyutası dəyişdi - VALYUTADAN 4 SIFIR ATILDI
    • 4-05-2020, 15:04
    • 685

İranın rəsmi valyutası dəyişdi - VALYUTADAN 4 SIFIR ATILDI

İran Parlamenti valyutadan 4 sıfır atılaraq tümənə keçid üçün qanun layihəsini təsdiqləyib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Parlament rialdan 4 sıfırı çıxartmaq və rialın yerinə tümən pul vahidinə keçid Nazirlər Şurası tərəfindən ötən ilin iyul ayında hazırlanıb.

Dövlət televiziyasının məlumatına görə, bu prosesin başa çatması üçün Mərkəzi Banka 2 il vaxt veriləcək.

Bildirilib ki, mübadilə zamanı 10 min rial bir tümənə bərabər olacaq.