Tovuzda maşın piyadanı VURDU
    • 4-05-2020, 22:06
    • 711

Tovuzda maşın piyadanı VURDU

Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb. 

Yolu qarşı tərəfə keçmək istəyən gənc qadını avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.