-
- 25-09-2018, 13:52
- 2 416
Demet Akalın Raufla eyni səhnəyə çıxmaqdan imtina edib
Xəbər veriyimiz kimi, türkiyəli müğənni Demet Akalının Bakı konserti ləğv olunub.
News24.az xəbər verir ki, bir neçə gün öncə konsertin baş sponsoru “ModaOl” şirkəti tərəfindən bununla bağlı açıqlama verilsə də D.Akalın bu gün həm təşkilatçını həm də sponsoru ittiham edib. O, konsertin təxirə salınmasından xəbərsiz olduğunu və qarşı tərəfin bu hərəkini qorxaqlıq kimi qiymətləndirib.
Məsələ ilə bağlı “ModaOl” şirkəti ilə əlaqə saxladıq. Saytımıza açıqlama verən Taleh bəy bunları deyib:
“Bizimlə bağlı dediyi iddialar əsassızdır. Konsertin təşkilatçıları tamam başqa şirkətdir. Sadəcə olaraq “ModaOl” şirkəti olaraq bizə baş sponsorluq təklif olundu və biz də qəbul etdik.
Bizim üzərimizə düşən işlər konsert məkanını, səhnənin texniki işlərini həll etmək, Demet Akalını qarşılamaq və yola salmaq idi.
Əvəzində isə biz öz məhsullarımızın və xidmətlərimizin reklamını edəcəkdik. Bununla bağlı qarşılıqlı razılaşma oldu. Ortada ödəniş barədə heç bir söhbət yox idi.
Bu xanımın şəxsi həyatı ilə bağlı problemləri, həyat yoldaşından ayrılması konsertin baş tutmasına inamı azaltdı. Bundan başqa ifaçının əlavə kaprizləri bizi baş sponsorluqdan geri çəkilmə qərarına qədər gətirib çıxardı. Məhz sponsorluqdan çəkildiyimiz üçün təşkilatçılar da konserti ləğv etdi”.
Şirkət rəsmisi külli miqdarda pul itkisi yaşadıqlarını açıqlayıb:
“Sentyabrın 19-u sponsorluqdan imtina etdiyimizi təşkilatçılara bildirdikdə onlar da bu barədə həm yazılı həm də telefon zəngi ilə Demet Akalına məlumat veriblər. Onun məlumatı ola-ola bu günə qədər söhbəti uzatdı və məhz indi konsertin ləğv olduğunu açıqladı. Bu ifaçı ilə təşkilatçı arasında olan problemdir. Çünki biz öz üzərimizə düşən bütün işləri layiqincə yerinə yetirmişik. Hətta şirkətimiz külli miqdarda pul itkisi yaşadı”.
O, məsələnin hüquqi yollarla həll olunacağını deyib:
“Xərclənən məbləğə görə fikrimiz var ki, Demet Akalın və təşkilatçılar barədə məhkəmə orqanlarına şikayət edək. Çünki ən çox zərər bizə dəyib”.
Konsertin təxirə düşməsinin əsas səbəblərindən biri də ifaçının səhnə alacağı yerli müğənni ilə bağlı etdiyi kapriz olub:
“Demet Akalın Azərbaycan səhnəsinə dırnaq arası baxır. Müğənni ilə ən böyük konfliktimiz Rauf Əhmədova görə olub. Müqavilədə ifaçı “Okan səhnəyə çıxmasa mən də çıxmaram” sözlərini qeyd etmişdi. Daha sonra ayrıldılar və biz də Raufla danışdıq. Daha sonra D.Akalın “Mən Raufla eyni səhnəyə çıxmaram” dedi.
Yəni Azərbaycan səhnəsinə və dinləyicisinə aşağılayıcı baxışı var. Sən demə Türkiyənin bəzi sənətçiləri ölkəmizdən pul qazana-qazana sənətçilərimizə, dinləyicilərimizə yuxarıdan aşağı baxa bilirmiş”.
Teymur Məmmədov