"Bulvar bağlıdır, amma insanlar çimərliklərdə gəzirlər" - Fərhad Bədəlbəyli
    • 5-05-2020, 17:16
    • 632

"Bulvar bağlıdır, amma insanlar çimərliklərdə gəzirlər" - Fərhad Bədəlbəyli

“Koronavirusla Mübarizəyə Dəstək Fondu kifayət qədər şəffaf qurumdur”. 

News24.az
xəbər verir ki, bunu deputat Ziyad Səmədzadə operativ qərargahın brifinqində deyib. 

O, Azərbaycan hökumətinin pandemiyaya qarşı çox səmərəli mübarizə apardığını vurğulayıb: “Siz əmin ola bilərsiniz ki, İctimai Şuranın üzvləri vəsaitlərin şəffaf xərclənməsinə nəzarət edəcəklər. Bu günədək 11 mindən çox insan Fonda ianə ödəyib”.

İctimai Şuranın digər üzvü Fərhad Bədəlbəyli isə bildirib ki, koronavirusa qarşı mübarizədə media böyük rol oyanır: “Televiziyalar ciddi sujetlər verməlidirlər, əyləncə bir qədər sonra da olar. Fonda kimsə 1 milyon, kimsə 1 manat verib, bunun fərqi yoxdur, bunlar xalqın puludur. Səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki, tibbi avadanlığa vəsait lazım deyil, dövlət hər şeyi təmin edib. Təklif olunur ki, həkimlərin ailə üzvlərinin sığortasına pul yönləndirilsin. Vətəndaşların hərəkəti ilə bağlı monitorinq aparılmalıdır. Bulvar bağlıdır, amma insanlar çimərliklərdə gəzirlər. İnsanlar inanmır, amma inanın ki, bu bəla var".

Afaq Mirayiq