"Türk Hava Yolları" Azərbaycana uçmayacaq- SİYAHI
    • 6-05-2020, 08:30
    • 913

"Türk Hava Yolları" Azərbaycana uçmayacaq- SİYAHI

20 may tarixinə qədər daxili və 28 may tarixinə qədər beynəlxalq uçuşları dayandıran "Türk Hava Yolları" koronavirus pandemiyasından sonrakı uçuş planlarını açıqlayıb.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, qadağalar ləğv edildikdən sonra aviaşirkətin iyun, iyul və avqustaylarını əhatə edən planlaşdırmasına görə,  bütün daxili uçuşlar, tədricən issə beynəlxalq uçuşlar həyata keçiriləcək.

Ümumilikdə isə qadağadan sonra uçuşların ilk növbədə uçuşların 60 faizinin həyata keçirilməsi planlaşdırılır.

Üç aylıq uçuş planlana görə, iyun ayında 19 ölkədə 23 nöqtəyə həftədə 75 uçuş həyata keçiriləcək. Bu nöqtələr Kanada Toronto, Qazaxıstan Almatı, Əfqanıstan Kabil, Yaponiya Tokio, Çin Şanxay, Cənubi Koreya Seul, Sinqapur, Danimarka Kopenhagen, İsveç Stokholm, Norveç Oslo, Almaniya Frankfurt, Berlin, Düsseldorf və Münhen, Avstriya Vyana, Hollandiya Amsterdam, Belçika Brüssel, Belarusiya Minsk, Gürcüstan Tiflis, Livan Beyrut, Küveyt və İsrail Təl-Əviv var.

İyul və avqust aylarında uçuşların sayının artacağı bildirilib. Plana əsasən, iyul ayında 74 ölkəyə və 103 istiqamətə həftədə 572 uçuş, avqustda  98 ölkə 160 istiqamətə 987 uçuş etməyi planlaşdırılır.

Teymur Məmmədov