Məşhur futbolçu 5 yaşlı oğlunu BOĞARAQ ÖLDÜRDÜ
    • 6-05-2020, 15:29
    • 845

Məşhur futbolçu 5 yaşlı oğlunu BOĞARAQ ÖLDÜRDÜ

2008-2009 illərdə Super Liqada oynayan və hazırda Regional Həvəskar Liqa komandalarından biri olan "Yıldırımspor"da oynayan Cevher Toktaş öskürək və yüksək hərarət şikayətləri ilə 23 aprel tarixində oğlunu xəstəxanaya aparıb.

News24.az "Hürriyet"ə istinadən xəbər verir ki, müayinədən sonra azyaşlı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanada oğlunun yanında qalan Cevher Toktaş, həmin gün otaqdan çıxaraq oğlunun vəziyyətinin pisləşdiyini deyib.

Həkimlərin müdaxiləsinə baxmayaraq 5 yaşlı uşaq 1,5 saatdan sonra vəfat edib. 

Azyaşlının xəstəliyə görə öldüyü qeyd edilsə də 11 gün sonraortaya çıxan həqiqət hər kəsi çok edib. C.Toktaş polisə veridyi izahatda oğlunu sevmədiyini və onu balışla boğaraq öldürdüyünü deyib.