-
- 6-05-2020, 18:41
- 721
Qazaxıstan səfirliyi öldürülən azərbaycanlı ilə bağlı AÇIQLAMA YAYDI
“Qazaxıstan həlak olmuş Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verir. Bu gün mərhumun nəşi Azərbaycan tərəfinə verilib”.
Bu haqda News24.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, hadisə barədə dolğun məlumat Azərbaycan hökumətinə təqdim edilib.
“Qazaxıstan Azərbaycan vətəndaşları tərəfindən dövlət sərhədinin pozulması hallarının artmasından narahatlıq bildirir. 2017-ci ildən bu günədək Azərbaycan Respublikasının 41 nəfər vətəndaşı saxlanılıb, bunlardan 33-ü Qazaxıstanın dövlət sərhədini pozmaq üstündə məhkum edilib”, - açıqlamada vurğulanıb.
Xatırladaq ki, aprel ayının 30-da Xəzər sularında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının 4 nəfər vətəndaşı saxlanılıb. Sərhədçilər tərəfindən silah tətbiqi nəticəsində Azərbaycan vətəndaşlarından biri ölüb, ikisi yaralanıb.
/Report/