-
- 2-05-2020, 16:10
- 1 106
Qazaxlar azərbaycanlılara atəş açdı: ÖLƏN VƏ YARALANANLAR VAR
Aprelin 30-da Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları saxlanılıb.
Sahil mühafizəçiləri Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovu saxlayan zaman silah tətbiq ediblər.
Nəticədə 1 Azərbaycan vətəndaşı ölüb, 2-si yaralanıb.
Hazırda ölən şəxsin nəşi Qazaxıstan tərəfdədir. Meyit hələlik Azərbaycana qaytarılmayıb.
Qeyd edək ki, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.
Nazir müavini Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib. /Report/