Qazaxıstan sərhədçilərinin öldürdüyü Azərbaycan vətəndaşının nəşi ailəsinə TƏHVİL VERİLDİ
    • 6-05-2020, 10:53
    • 1 092

Qazaxıstan sərhədçilərinin öldürdüyü Azərbaycan vətəndaşının nəşi ailəsinə TƏHVİL VERİLDİ

Qazaxıstan sahil mühafizəçilərinin açdığı atəş nəticəsində öldürülən Azərbaycan vətəndaşının meyiti Azərbaycan tərəfinə qaytarılıb. 

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mayın 6-da Xəzər dənizinin mərkəzi istiqamə­tində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmisi tərəfindən 30 aprel 2020-ci il tarixdə Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin əməkdaş­ları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edil­ib. 
Meyit həmin gün ailəsinə təhvil verilib. /Report/