-
- 7-05-2020, 15:16
- 1 997
Vilyam Hacıyevin prokurorluqda işləyən oğlu İŞDƏN ÇIXARILDI
İmişlinin həbs olunan sabiq icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev işdən çıxarılıb.
News24.az APA-ya istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Məhəmməd Hacıyev öz ərizəsi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru vəzifəsindən azad edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən fakt təsdiqlənib.
Qeyd edək ki, Məhəmməd Hacıyevin işdən çıxarılması barədə xəbəri ilk olaraq unikal.org saytı yayıb.