-
- 8-05-2020, 10:42
- 787
"Şuşa 28 ildir bizim qanayan yaramızdır" - HÜSEYN ALTINALAN
"Şuşa 28 ildir bizim qanayan yaramızdır".
Bu sözləri News24.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib: "1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində 30 kənd dağıdılıb, 195 dinc sakin öldürülüb, 165 nəfər yaralanıb, Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. 58 nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Həmçinin 24 mindən çox qardaşımız yurdlarından didərgin düşüb.
İşğal nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. Ermənilər Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini dağıdıb. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Şuşa, işğaldan bəri, yəni 28 ildir bizim qanayan yaramızdır. Ancaq bu yaranı sağaltmaq öz əlimizdə, birliyimizdə və bərabərliyimizdədir. Detallara əhəmiyyət vermədən, xırdalıqlara fikir vermədən əl-ələ verib, güc birliyi yaratsaq, hadisələrə “birimizin dərdi, hamımızın dərdidir” anlayışı ilə yanaşsaq, bu torpaqları işğaldan xilas edə bilərik. Yetər ki, gücümüzün fərqinə varaq, ayrı düşməyək..."