Metroda sosial məsafə belə qorunacaq - RƏSMİ AÇIQLAMA
    • 8-05-2020, 17:18
    • 796

Metroda sosial məsafə belə qorunacaq - RƏSMİ AÇIQLAMA

Metropoıitendə maska taxmadan gəzmək qadağandır. 

News24.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov deyib. Onun sözlərinə görə, metropolitendən müvafiq icazəsi olanlar istifadə edəcək. Sosial məsafə saxlanmağın qorunması məqsədilə lövhələr vurulacaq. Gücləndirilmiş iş rejimjndə işləyəcək. Növbətçilik rejimi tətbiq olunacaq. Dezinfeksiya işləri iki istiqamətdə aparılacaq. Metropoliten stansiyalarında gündə üç dəfə dezinfeksiya işləri aparılacaq. Zərurət olduğu təqdirdə hərarətləri ölçüləcək". 

Afaq Mirayiq