Bakıda yeni PUL TƏLƏSİ  – ALDANMAYIN - FOTO
    • 8-05-2020, 17:23
    • 699

Bakıda yeni PUL TƏLƏSİ – ALDANMAYIN - FOTO

Bakıda yolların kənarında qanunsuz parklanma ilə məşğul olan və qeyri-qanuni ödəmələr tələb edən şəxslər yeni fırıldağa əl atıb.

News24.az-ın məlumatına görə, həmin şəxslər bəzi ərazilərdə parklanmanın ödənişsiz olması ilə bağlı quraşdırılmış lövhələrin üzərini müxtəlif yollarla öprtürlər. Belə ki, Bakının mərkəzi küçə və prospektlərində bəzi ərazilərdə bu lövhələr rənglənərək yararsız hala salınıb.

Bundan istifadə edən “parkovşik”lər yenə əvvəlki kimi sürücülərdən parklanma pulu, xidmət haqqı və sair adlarla pul tələb edirlər.

Yararsız hala salınan bəzi lövhələrin fotolarını təqdim edirik.