-
- 8-05-2020, 23:14
- 963
Zaqatalada 40 yaşlı kişi BIÇAQLANDI
Zaqatalada 40 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.
News24.az xəbər verir ki, rayonun Qımır kənd sakini, 1980-cı il təvəllüdlü Cahangir Məmməd oğlu Məmmədov qarnının sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. C.Məmmədova lazımı tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır.
Araşdırma zamanı C.Məmmədovun şəxsi münasibətlər zəminində həmkəndlisi Orxan Gözəlov tərəfindən bıçaqlanması məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən O.Gözəlov saxlanılıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.