"İnsanlarımız heç bir bəhanə gətirməyərək..."
    • 9-05-2020, 17:29
    • 749

"İnsanlarımız heç bir bəhanə gətirməyərək..."

"Yoluxma sayının artması təbii haldır. Karantin şərtlərinin yumşaldılmasından sonra biz bunu gözləyirdik".

News24.az xəbər verir ki, bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. O bildirib ki, yoluxma sayının artımında insanların səhlənkarlığı da vacib rol oynayır və bunu unutmaq lazım deyil: "Əhali kütləvi ictimai yerlərdə maskalardan istifadə etmir və əlbəttə ki, bu da yoluxmanın daha çox yayılmasına səbəb olur". 

TƏBİB rəsmisi bildirib ki, insanlarımız heç bir bəhanə gətirməyərək, evdə maska hazırlamalıdırlar: "Daha gənc nəsil ailədə olan yaxınları üçün maskaları ev şəraitində hazırlayaraq yaşlıları qoruya bilərlər".

Teymur Məmmədov