"Karantin rejiminin sərtləşdirilməsinə əsas yoxdur” - Ramin Bayramlı
    • 9-05-2020, 17:40
    • 999

"Karantin rejiminin sərtləşdirilməsinə əsas yoxdur” - Ramin Bayramlı

"Karantin qaydalarının tədricən yumşaldılması nəticəsində 2-ci dalğanın olması gözləniləndir".

News24.az
 
xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə deyib. Qurum rəsmisi bildirib ki, bu gün yoluxma hallarının artması rejimin təkrar sərtləşdirilməsinə əsas vermir. R.Bayramov qeyd edib ki, mütəxəssislər artıq təcrübə toplayıblar və texniki təhcizatlar da tam qaydasındadır: "Bayram və istirahət günlərində məhdudiyyətlər həyata keçirilə bilər. Bu günkü rəqəmlər bunu deməyə əsas verir ki, karantin rejiminin sərtləşdirilməsinə əsas yoxdur".

Teymur Məmmədov
Fərid Şabanov