"Marakana" arenası koronavirus xəstəxanasına ÇEVRİLDİ
    • 10-05-2020, 11:35
    • 659

"Marakana" arenası koronavirus xəstəxanasına ÇEVRİLDİ

Dünyanın ən böyük futbol stadionu olan "Marakana" arenası koronavirus xəstəxanasına çevrilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu məşhur stadion Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşir. 2014-cü ildə keçirilən Dünya Çempionatının final qarşılaşması da məhz burada keçirilmişdi. Stadionun xarici hissəsi 38 gün ərzində xəstəxanaya çevrilib. Xəstəxanada 400 xəstənin müalicə olması üçün şərait yaradılıb. 

Qeyd edək ki, əhalisi 210 milyona yaxınlaşan Braziliyada 155 939 nəfər koronavirusa yoluxub, onlardan 10 627-si bu səbəbdən dünyasını dəyişib.