Türkmənistanda pulsuz işıq, su və qaz xidməti ləğv edildi
    • 26-09-2018, 13:41
    • 853

Türkmənistanda pulsuz işıq, su və qaz xidməti ləğv edildi

Türkmənistan prezident Qurbanqulu Berdımuhammedovun imzaladığı yeni fərmanla gələn ilin yanvarın 1-dən ölkə əhalisinə pulsuz elektrik enerjisi, qaz, içməli su və duzun verilişi dayandırılacaq.

Bu barədə “Türkmənistan bu gün” agentliyi məlumat yayıb. Yeni qərara əsasən, qeyd edilən xidmətlər güzəşti qiymətlərlə ödənişli əsasda olacaq. 

Qeyd edilir ki, elektrik enerjisi, qaz, su və duz ölkədə pulsuz olsa da, istifadəsində müəyyən limit vardı. Limiti keçdikdə ödəniləcək məbləğ o qədər aşağı idi ki, simvolik hesab edilirdi. 

Ölkədə əhali üçün yuxarıda sadalanan pulsuz xidmətlər 1993-cü ildən Türkmənistanın ilk prezidenti Saparmurat Niyazov tərəfindən tətbiq olunub. 

//Qafqazinfo