Koronavirus daşıyıcısı  533 nəfəri YOLUXDURDU
    • 11-05-2020, 09:15
    • 785

Koronavirus daşıyıcısı 533 nəfəri YOLUXDURDU

Qanada koronavirus daşıyıcısı 533 zavod əməkdaşını yoluxdurub.

News24.az "Ria.ru"ya istinadən xəbər verir ki, bunu ölkənin prezidenti Nana Akufo-Addo açıqlayıb.

“Qeyd etmək lazımdır ki, 921 yeni yoluxma hallarının 533-ü ötən çərşənbə və cümə axşamı arasında Tema şəhərində balıq emalı müəssisəsində qeydə alınıb. Bütün 533 nəfəri bir infeksiya daşıyıcısı yoluxdurub”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, Qərbi Afrika ölkəsində indiyədək 4 700 yoluxma faktı qeydə alınıb. Onlardan 494 nəfər sağalsa da, 22 nəfər vəfat edib Eyni zamanda, ölkədə 160 501 nəfər COVID-19 testindən keçib. Beləliklə, Qana Afrikada 1 milyon əhaliyə düşən test sayına görə birincidir.