Saatlıda evdən oğurluq edənlər SAXLANILDI - FOTO
    • 11-05-2020, 10:53
    • 903

Saatlıda evdən oğurluq edənlər SAXLANILDI - FOTO

Saatlı rayon sakini E. Mürsəlov Rayon Polis Şöbəsinə müraciət edərək qardaşına məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Saatlı rayon sakinləri Ə.Həsənov və T.Əsədov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər 1 ədəd televizor və 1 ədəd motorlu otbiçən oğurlamaqla zərərçəkmişə 1450 manat dəyərində ziyan vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib. 

Faktlarla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.