Saatlıda 164 min manatlıq oğurluq - FOTO
    • 5-08-2019, 17:25
    • 817

Saatlıda 164 min manatlıq oğurluq - FOTO

Saatlı rayonunda oğurluq edən şəxs saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, iyulun 29-da  MMC-lərdən birindən ümumi dəyəri 164 900 manat olan boruların oğurlanması ilə bağlı Saatlı RPŞ-yə ərizə ilə müraciət daxil olub.

Məlumatla əlaqədar Saatlı  Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, həmin MMC-də mühafizəçi işləyən Talıb Cəfərov və Vidadi İsmayılov saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi  cinayət əməlini etiraf ediblər və oğurlanan boruların müəyyən bir qismi  maddi sübut kimi götürülüb.  

Faktlarla bağlı Saatlı  RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.