-
- 11-05-2020, 23:20
- 1 804
“EuroHome” yenə yanır - FOTOLAR - VİDEOLAR - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən News24.az -a verilən məlumata görə, Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Əldə etdiyimiz məlumata görə,yanğın 2-ci dərəcəli çağırışla verilib. Yanğının güclü olması səbəbindən alov bazarın 2-ci mərtəbəsini də əhatə edib. Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa çalışsa da, hələlik buna nail ola bilmirlər.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.