Yanğından sonra “EuroHome”un SON VƏZİYYƏTİ -FOTO-VİDEO  - CANLI YAYIM
    • 12-05-2020, 13:33
    • 921

Yanğından sonra “EuroHome”un SON VƏZİYYƏTİ -FOTO-VİDEO - CANLI YAYIM

Ötən gün saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib.

News24.az xəbəb verir ki, yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.

Hadisə yerinə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da baxış keçirib, tapşırıqlar verib. 

News24.az hadisə yerindən son görüntüləri və hazırki vəziyyəti təqdim edir: