-
- 12-05-2020, 19:08
- 770
"Sumqayıtın yanından keçərkən maşında oturanlar pəncərələri bağlayırdılar" - PREZİDENT
"Siz gəncsiniz, siz o illəri xatırlamırsınız. Ancaq sovet dövründə Sumqayıtın yanından keçərkən maşında oturanlar pəncərələri bağlayırdılar, çünki o iydən insanların gözü yaşarırdı. Yəni, Sumqayıt doğrudan da böyük bir ekoloji bəla mərkəzi idi. Çünki kimya sənayesinin sürətli inkişafı və bir çox hallarda ekoloji standartlara riayət edilməməsi nəticəsində Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi və burada bir neçə növ xəstəliklər geniş vüsət almışdı. Biz isə Sumqayıtı müasir, təmiz sənaye mərkəzinə çevirdik".
News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” MMC-in tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışındakı çıxışında deyib. Prezident bildirib ki, bu gün Sumqayıtın havası Bakının havasından daha təmizdir:"Sumqayıtda aparılan yaşıllaşdırma işləri, yeni parkların salınması, ekoloji tədbirlərin görülməsi, uzun illər sumqayıtlıları narahat edən Acıdərə kanalının tamamilə təmizlənməsi və yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Ona görə bir sənaye şəhəri kimi Sumqayıtın siması tamamilə dəyişib və bu gün ən yüksək standartlara cavab verir. Bununla yanaşı, əlbəttə, digər başqa layihələr də icra edilmişdir. Sosial layihələr - köçkünlər üçün artıq bir neçə ildir ki, böyük şəhərciklər salınır. Mən bu yaxınlarda növbəti şəhərciyin tikintisi ilə tanış olmuşam. Abadlıq işləri aparılır, Sumqayıt bulvarı da nəhayət ki, fəaliyyətə başlayıb. Bu, mənim çoxdankı arzum idi və bilirəm ki, sumqayıtlılar da həmişə bunu arzulayırdılar. Artıq neçə ildir ki, Sumqayıt bulvarı sumqayıtlıların sərəncamına verilib və çox gözəl istirahət zonasıdır. Bir sözlə, biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Hazırda 2 saylı şəhər xəstəxanasının tikintisi gedir. Biz onu əvvəlcə təmir etmək istəyirdik, sonra gördük ki, tamamilə dağılmış vəziyyətdədir, ora söküldü. 1 saylı xəstəxana fəaliyyətdədir, ikinci xəstəxananın da tikintisi yaxın zamanlarda başa çatacaq".