100 yaşlı qadın ərə gedir - FOTO
    • 26-09-2018, 17:33
    • 1 027

100 yaşlı qadın ərə gedir - FOTO

Xoşbəxt olmaq üçün hər vaxt uyğundur və heç zaman gec deyil.

Britaniyanın Uels qraflığında ailə qurmağa hazırlaşan 100 yaşlı nənənin nümunəsi belə deməyə əsas verir.

News24.az xəbər verir ki, Nora Vitkas özündən 26 yaş kiçik Malkolm Yatesə aşiq olub və evlənməyə qərar verib.

 30 il öncə rəqs klubunda tanış olan cütlük nəhayət ki, evlənməyə qərar verib və gələn ay toy mərasimi baş tutacaq.

 Bu ilin qışında 101  yaşına qədəm basacaq olan Vitkas "evlənmək üçün gecikmək istəmədiyini" söyləməklə bir az təbəssümə  də səbəb olub.

Bundan öncə 2 dəfə evlənmiş və 1 oğul anası olan nənə oktyabrın 16-da "The Beaches Hotel"də toy çaldıracaq.

İlhamə