"Diplomatlarımız arasında koronavirusa yoluxma qeydə alınmayıb"- XİN
    • 13-05-2020, 18:09
    • 727

"Diplomatlarımız arasında koronavirusa yoluxma qeydə alınmayıb"- XİN

Xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarımız arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.

News24.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib: "Bu çox xoş haldır və onların karantin rejiminin qaydalarına riayət etmələrinin göstəricisidir. Xarici İşlər Nazirliyinə də bununla bağlı məlumat daxil olmayıb".