Murad Arif illər öncəyə qayıtdı: "O uşaq heç böyümədi..."
    • 10-07-2018, 11:29
    • 2 075

Murad Arif illər öncəyə qayıtdı: "O uşaq heç böyümədi..."

Bəstəkar-müğənni Murad Arif uşaqlıq xatirələrindən yazıb. 

O, illər öncəyə qayıdaraq kiçik yaşlarından səhnəyə olan sevgisini dilə gətirib:

"Uşaqlıqda əlimdə qarpız qabığını mikrofon əvəzi tutub, nənəmin Ağdamdakı evlərinin pilləkənləriylə, bir disko artist kimi oxuya-oxuya düşürdüm...

Özümü zərli kostyumda, ətrafımda isə disko-bollar, gitara çalan musiqiçiləri, ansamblı sadəcə təsəvvür edirdim... Oxuduqlarım isə ya Boney'M mahnıları (xüsusən "Kalimba de Luna") ya da "I'm a disco dancer" mahnısı idi...

Bu klipə baxıb anlayıram ki, o uşaq heç böyümədi... Superdir! Həyata, arzulara, işinizə uşaq çılğınlığı ilə yanaşın".

Teymur Məmmədov