Öldürdüyü şəxsləri parçalara ayırdı, soyuducuda SAXLADI
    • 13-05-2020, 22:48
    • 685

Öldürdüyü şəxsləri parçalara ayırdı, soyuducuda SAXLADI

Qayınatasını və qayınanasını öldürdükdən sonra parçalara ayırıb və üç ay soyuducuda saxlayıb.

News24.az xəbər verir ki, dəhşətli cinayət hadisəsi Türkiyədə baş verib. Cinayəti törədən iranlı 35 yaşlı Muhəmməd Xodarahmi İran konsulluğuna gələrək, 3 ay əvvəl qayınatası Siyavuş Qale Bəxtiyari ilə qayınanası Fatimə Əlidadişamsabadini öldürdüyünü etiraf edib. Konsulluq əməkdaşlarının xəbər verməsindən sonra polis Xodarahmini saxlayıb. 

Xodarahmi törətdiyi cinayəti etiraf edərkən bunları deyib: “Dönərçi işləyirdim. Maddi vəziyyətim yaxşı deyildi. Onların maddi vəziyyəti isə yaxşı idi. 5 ildir mütəmadi olaraq “Sənə biz baxırıq. Biz olmasaq, sən heçsən” deyirdilər. Psixoloji olaraq mütəmadi olaraq məni alçaldırdılar. Hadisə günü eyni şeylər təkrarlandıqda dözə bilmədim. Arvadım və baldızımın əl-ayaqlarını bağladım. Daha sonra qayınata və qayınanamı kəsici alətlə öldürdüm, cəsədlərini parçalara ayırdım və soyuducunun dərin dondurucu hissəsində gizlətdim”.

Şübhəlinin arvadı və baldızı da hadisə baş verən vaxt əl-ayaqlarının bağlandığını deyərək, qorxduqları üçün polisə getmədiklərini vurğulayıblar.