-
- 31-10-2019, 16:19
- 2 156
Ceyhun Bayramov Nurəddin Mehdixanlını TƏBRİK ETDİ - FOTO
Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlını “Şöhrət” ordeninə layiq görülməsi münasibəti ilə təbrik edib.
News24.azxəbər verir ki, məktubda görkəmli aktyorun səhnə fəaliyyəti yüksək qiymətləndirilir, müasir teatr sənətinin inkişafındakı böyük xidmətləri xüsusi vurğulanır.
Xalq artisti Nurəddin Mehdixanlı Təhsil naziri Ceyhun Bayramova yüksək diqqət və hörmətinə görə öz adından və çalışdığı sənət ocağının kollektivi adından təşəkkür edib. Nazirin Nurəddin Mehdixanlıya ünvanladığı təbrik məktubunu təqdim edirik:
“Hörmətli Nurəddin müəllim,
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinizə görə “Şöhrət” ordeni ilə təltif edilməyiniz münasibəti ilə sizi Təhsil Nazirliyi və bütün təhsil işçiləri adından səmimi-qəlbdən təbrik edir, dərin hörmət və ehtiramımı bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.
Bir əsrlik tarixi olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ölkəmizdə mədəniyyətin inkişafı və mədəni irsimizin təbliği işinə misilsiz töhfələr vermişdir. Xüsusi qeyd edilməlidir ki, ölkəmizdə teatr sənətinin inkişafında bu mədəniyyət ocağında fədakarlıqla çalışmış böyük aktyorların, görkəmli səhnə ustalarının, o cümlədən Sizin böyük xidmətiniz olmuşdur və bu gün də şərəfli fəaliyyətinizi uğurla davam etdirirsiniz.
Hörmətli Nurəddin müəllim, fəal vətəndaş mövqeyi nümayiş etdirərək gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi, gənc müəllimlərlə görüşlərdə zəngin mədəniyyətimizin təbliği sahəsində Sizin nümunəvi fəaliyyətiniz Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilir.
Yüksək dövlət təltifinə layiq görülməyiniz münasibəti ilə Sizi bir daha ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. İnanırıq ki, peşəkar fəaliyyətinizlə bundan sonra da Azərbaycanda teatr sənətinin inkişafına öz layiqli töhfənizi verəcəksiniz”.