Yeni karantin qaydaları TƏTBİQ EDİLƏCƏK
    • 14-05-2020, 22:31
    • 822

Yeni karantin qaydaları TƏTBİQ EDİLƏCƏK

Azərbaycanlıların yığcam yaşadıqları Gürcüstanın Bolnisi rayonunda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə yeni karantin qaydaları tətbiq ediləcək.

News24.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, mayın 18-dən etibarən Bolnisiyə giriş-çıxış qadağan olunacaq, rayon ərazisində iqtisadi fəaliyyət dayandırılacaq. Bələdiyyə ərazisində hərəkət də məhdudlaşdırılacaq.

Qeyd edək ki, yeni karantin qaydalarının tətbiqi Bolnisidə bu gün "COVID-19" virus infeksiyasına 15 yeni yoluxma halının qeydə alınması ilə bağlıdır.
Bununla da Bolnisidə koronavirusa yoluxanların ümumi sayı 137-yə çatıb.