-
- 14-05-2020, 22:00
- 958
Çin özünü müdafiə etdi: “Günahımız yoxdur!”
İlk dəfə yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib.
News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu səbəbdən də başda ABŞ olmaqla bir çox dünya ölkələri virusun sürətlə yayılmasına görə Çini ittiham edirlər. Lakin bu dəfə Çin hökuməti fərqli çıxış edib. Belə ki, Çin Xarici İşlər Nazirliyindən edilən açıqlamada koronavirusun hər an dünyanın istənilən yerində meydana gələ biləcəyini bildirilib.
Eyni zamanda, Çinin də pandemiyanın bir qurbanı olduğu və günahkar olmadığı açıqlanıb: "Koronavirus bütün dünya ölkələrinin ortaq düşmənidir. Burada bizim heç bir günahımız yoxdur!”