"Buna karantin rejimindən çıxmanın üçüncü mərhələsi demək olar" - İbrahim Məmmədov
    • 15-05-2020, 17:11
    • 696

"Buna karantin rejimindən çıxmanın üçüncü mərhələsi demək olar" - İbrahim Məmmədov

"Baş nazir karantin rejiminin yumşaldılması ilə bağlı əmr imzalayıb. Buna xüsusi karantin rejimindən çıxmanın üçüncü mərhələsi demək olar". 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti (NK) Yanında Operativ Qərargahın brifinqində NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim
Məmmədov bildirib.

Onun sözlərinə görə, yumşalma olsa da, yoluxma sayı çoxalıb: "Aidiyyatı qurumlar maddi texniki bazanı gücləndirib. Bu imkan verir ki, pandemiya ilə birgə yaşaya bilərik. Koronavirusla bərabər həyatımızı davam etdirməliyik". 

Afaq Mirayiq