Bayram namazlarının məscidlərdə qılınmasına icazə veriləcək? - RƏSMİ
    • 18-05-2020, 18:18
    • 681

Bayram namazlarının məscidlərdə qılınmasına icazə veriləcək? - RƏSMİ


"Məscidlərdə kütləvi şəkildə dini tədbirlərin keçirilməsi ilə bağlı bu günə heç bir qərar yoxdur".


News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti (NK) Yanından Operativ Qərargahın brifinqində NK-nin mətbuat katibi İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, hər hansı qərar olsa, bu haqda ictimaiyyətə məlumat veriləcək: "Yaxın bir neçə gün ərzində yoluxma sayı az olarsa, buna baxıla bilər".  

İ.Məmmədov karantin rejiminin yenidən sərtləşdirilə biləcəyindən də danışıb: "Əgər kritik vəziyyət yaranarsa, yenidən sərtləşmə elementlərinə qayıtmaq olar. Ölkəyə vətəndaşların gətirilməsi zamanı yoluxmalar 20-30 faiz səviyyəsindədir. Ukraynadan ölkəyə gətirilən 120 nəfərdən 29 nəfərdə virus aşkarlanıb. Rusiyadan gətirilən vətəndaşlar arasında da 20 faiz yoluxma qeydə alınıb. Hazırkı imkanlar daxilində bunu idarə etmək mümkündür".



Afaq Mirayiq