Qazaxda minik maşını aşdı - XƏSARƏT ALAN VAR
    • 15-05-2020, 20:39
    • 762

Qazaxda minik maşını aşdı - XƏSARƏT ALAN VAR

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Fərəhli kəndində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü Məmmədov Nəriman idarə etdiyi minik maşını ilə hərəkətdə olan zaman avtomobili aşırıb. Sürücü həmin an özünü maşından atıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./APA /