Şəmkirdə betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı
    • 31-01-2020, 20:16
    • 976

Şəmkirdə betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. 


News24.az Bakı-Qazax magistral yolunun rayonun Dələrcəyir kəndindən keçən hissəsində “KamAZ” markalı betonqarışdıran maşın minik maşını ilə toquşub.  


Qəzadan sonra betonqarışdıran maşın digər avtomobilin üstünə aşıb. Minik maşınının sürücüsü xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. 


Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.  

Faktla bağlı araşdırma aparılır.