-
- 24-07-2019, 17:04
- 2 920
Azərbaycanda 47 nəfəri İLAN SANCIB
2019-cu ilin aprel ayından bu günə qədər 47 ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət daxil olub.
Bu barədə Şöbənin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov məlumat verib. O bildirib ki, müraciətlər əsasən gürzə ilanın sancması ilə bağlıdır. 11 xəstədə ağırlaşma qeydə alınıb.“Ölüm faktı olmayıb. Ümumi müraciətlərdən 7-si uşaqları ilan sancması ilə əlaqədardır. Ən çox müraciətlər Bakıətrafı kəndlər, Hacıqabul, Şirvan, Yevlax, Bərdə, Qəbələ, Şamaxı, Şəmkir, Tovuz, Gəncə və cənub bölgəsindən edilib. Müraciətlər ötən ilin müvafiq dövrü ilə eynidir”.
A.Maqsudov, həmçinin qeyd edib ki, qara qurd sancmasına görə onlara 4 müraciət olub: “Əqrəb sancması ilə bağlı 11 nəfər müraciət edib, ölüm halı olmayıb. /onn.az/