Bulvardakı bəzi obyekt və attraksionlar YIĞIŞDIRILDI - FOTO
    • 18-05-2020, 17:44
    • 536

Bulvardakı bəzi obyekt və attraksionlar YIĞIŞDIRILDI - FOTO

“İki ay ərzində bulvar ərazisində maarifləndirmə və dezinfeksiya işləri davam etdirilib”.

News24.az-ın verdiyi xəbərə görə, bunu Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev deyib. 

O bildirib ki, fürsətdən istifadə edib yararsız attraksionlar və iaşə obyektləri də ərazidən çıxarılıb: “Qaydalara görə, bulvar ərazisində 10 nəfərdən artıq qruplarda gəzmək olmaz. İaşə obyektlərində masalararası məsafə 2 metrdən, masa ətrafında əyləşənlər arasında məsafə 1 metrdən az olmamalıdır. Bulvar İdarəsinin mühafizə bölməsi ilə Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı bu gündən etibarən bulvar ərazisində xidmət aparacaq. Gəmilər, attraksionlar hələ ki, işləməyəcək".

İdarə rəisi bildirib ki, Bulvarda 4 attraksion, 4 ictimai iaşə obyekti bulvardan götürülüb.

İ. Mustafayev onu da deyib ki, ictimai iaşə obyektlərinin sahibləri ofisiantların əllərindəki əlcəklərin gün ərzində bir neçə dəfə dəyişdirilməsinə nəzarət etməlidirlər.